AZ

BDU nümayəndə heyəti Asiya Sakit okean regionunun ali təhsilə dair sammitində iştirak edəcək

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 3 noyabr, AZƏRTAC

Bu il noyabrın 4–6-da Koreya Respublikasının paytaxtı Seul şəhərində ali təhsil sahəsində Asiya-Sakit okean regionunun ən nüfuzlu beynəlxalq tədbirlərindən biri – “QS Higher Ed Summit: Asia Pacific 2025” keçiriləcək. Tədbirin ev sahibi və strateji tərəfdaşı Koreya Universitetidir. Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti sammitdə iştirak edəcək.

BDU-dan AZƏRTAC-a bildirilib ki, üç gün davam edəcək sammitdə ali təhsildə müasir trendlər, bacarıqların inkişafı, elmi tədqiqatların gücləndirilməsi və universitetlərin gələcək nəsillərin bilik və bacarıqlarının inkişafı üçün şəraitin yaradılmasındakı rolu kimi mövzular müzakirə olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
azertag.az

3Mənbələr