AZ

Tanınmış referi "Qarabağ" - "Çelsi" oyununu idarə edəcək

Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Sebastian Gishamer olacaq. Ona yan xəttə hakimləri kimi Roland Riedel və Santino Schreiner köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək.

VAR Manuel Schuettengruberə, AVAR isə Josef Spurnyə həvalə edilib.

Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu saat 21:45-də start götürəcək.

Seçilən
25
1
sportinfo.az

10Mənbələr