AZ

İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək boksçular müəyyənləşib

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Noyabrın 7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları start götürəcək. SİA xəbər verir ki, 15 gün davam edəcək yarışda Azərbaycan boksçuları da mübarizə aparacaq.

Baş məşqçi Ravşan Xocayevlə məşqçi Nəriman Abdullayev İslamiadada Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərova (80 kq) şans verəcək.

Qadınlardan ibarət milli isə baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında çıxış edəcək. Ər-Riyadda Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyeva (65 kq) rinqə çıxacaqlar.

Qeyd edək ki, İslamiadada boks yarışları rəsmi açılış mərasimindən öncə başlayacaq. Noyabrın 5-də start götürəcək döyüşlər 5 gün sonra yekunlaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
8
sia.az

9Mənbələr