AZ

Van gölünün səviyyəsi endi, su altında qalmış bəzi qalıqlar üzə çıxdı

Vanın Muradiyə rayonunda Van gölünün səviyyəsinin enməsi nəticəsində əsrlik körpünün dayaqları üzə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, quraqlıq və həddindən artıq buxarlanma səbəbindən Van gölünün sahillərində suyun çəkilməsi diqqətçəkən həddə çatıb.

Tarixi qalıqların, mikrobialitlərin (daş sütunların), qədim yaşayış məntəqələrinə aid tikili qalıqlarının görünə bildiyi göl sahilində illərdir su altında qalmış bəzi qalıqlar da suyun çəkilməsi ilə birlikdə üzə çıxıb.

Muradiyə rayonuna bağlı Ünsəli kəndində suyun çəkilməsi nəticəsində taxta körpünün dayaqları aydın şəkildə görünməyə başlayıb.

Seçilən
9
1
operativmm.az

2Mənbələr