AZ

Tanınmış bloger “Zevs”in qardaşının işində zərərçəkmişlər şikayətçi olmadıqlarını açıqladılar - MƏHKƏMƏ

BAKI, 3 noyabr. TELEQRAF

Tanınmış bloger “Zevs” ləqəbli Ruslan Quliyevin qardaşı19 yaşlı Hüseyn Quliyevin məhkəməsi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə zərərçəkmiş qismində Teymur Ömərov ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxsi sosial şəbəkə vasitəsilə tanıyıb: "Onun “Farmaniya.com” adlı saytı şəxsi hesabında paylaşım etmişdi. Oyun rekalımı edirdik. Pul qoyun, qazanc əldə edirdik. Mütəmadi olaraq ümumilikdə 2000 manat qoyub. 100 manat hesaba qoyub, 120 manat götürmüşük. Sonuncu dəfə 34 manat gəlir götürdüm. Çox pul qoyanda, gəlir də çox olurdu".

Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə 2500 manat yatırım edib və bundan sonra saytın bloklandığını görüb. Onun sözlərinə görə, ona dəymiş ziyan ödənilib və təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur.

Digər şahid Bəşirxan Musayevin sözlərinə görə, ona dəymiş ziyan tam ödənilib və təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Bildirib ki x ona 1500 manat ziyan dəymişdi.

Hüseyn Quliyev bildirib ki, hər iki zərərçəkmiş əmziyin onu tərəfindən vurulmayıb. Deyib ki, zərərçəkmişlərə dəymiş ziyan valideynləri tərəfindən ödənilib: "Valideynlərim bu pulu ona görə ödəyiblər ki, məndən şikayətçi olmasınlar. Mənim bunlarla heç bir əlaqəm yoxdur".

Qeyd edək ki, Hüseyn müxtəlif vaxtlarda sosial şəbəkələrdə gündəmə gələn “Zevs”in (Ruslan Quliyev) qardaşıdır.

O, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda və dələduzluqda ittiham edilir. Gəncin təqsiri sübuta yetirilərsə, 12 ilə kimi həbsdə qala bilər.

Bu dələduzluq pramidası da Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilib.

İttihama görə, sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən Farmaniya.com platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub.

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloqer kimi təqdim edərək Farmaniya.com saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb.

Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub.

H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı, 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb.

Seçilən
33
teleqraf.com

1Mənbələr