AZ

Paytaxtda silsilə cinayət hadisələri törədən şəxs saxlanılıb

Bakı, 3 noyabr, AZƏRTAC

Bakının Nizami rayonunda naməlum şəxs gecə saatlarında paytaxt sakinini kəsici alətlə hədələyərək onun mobil telefonunu ələ keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində talama cinayətini törətməkdə şübhəli bilinən 38 yaşlı R.Abbasov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun bir nəfərə məxsus avtomobildən videoqeydiyyat qurğusunu oğurladığı da məlum olub.

Araşdırma aparılır.

 

Seçilən
30
13
azertag.az

10Mənbələr