“Diplomatik danışıqlar apararkən, İran ABŞ-dən “yaşıl işıq” alan sionist rejimi tərəfindən hücuma məruz qalıb, bu, iranlılar tərəfindən heç vaxt unudulmayacaq”.
Teleqraf xəbər verir ki, bunu Tehran və Vaşinqton arasında danışıqların bərpasının hansı duruma bağlı olması ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi deyib.
O vurğulayıb ki, amerikalılar qarşılıqlı maraqlara əsaslanan dialoq şərtlərinə sadiq deyillər:
“Biz yalnız hər iki tərəf qarşılıqlı maraqlara diqqət yetirdikdə və tərəflərin narahatlıqlarını nəzərə aldıqda İran və ABŞ arasında məntiqi danışıqlar şəraiti barədə danışa bilərik. Əks halda, amerikalılar praktiki olaraq birtərəfli hərəkət etməyə çalışırlar.
Bu artıq danışıqlar deyil, diktədir və belə bir yanaşma İranla bağlı heç vaxt nəticə verməyəcək”.