AZ

9 ayda ölkəyə nə qədər çay idxal olunub?

2025-ci ilin doqquz ayında Azərbaycana 10 339,61 ton çay idxal olunub, idxalın ümumi statistik dəyəri 64 172,25 min ABŞ dolları təşkil edib. Bu barədə Dövət Gömrük Komitəsindən bildirilib. 

2024-cü ilin eyni dövründə isə 11 109,12 ton çay idxal olunub, dəyəri 57 931,15 min ABŞ dolları olub.

Beləliklə, idxalın həcmi 6,9% azalsa da, dəyəri təxminən 10,8% artıb.

Azərbaycan çay idxalında əsasən Asiya ölkələri, xüsusilə Hindistan və Şri-Lanka əsas tədarükçü rolunu oynayır.

Gülnar 

Seçilən
6
24
anews.az

10Mənbələr