AZ

Şəhər meri “Ölülər günün”də öldürülüb

Şəhər

Meksikanın qərbindəki Uruapanın meri Karlos Alberto Manzo Rodrigez “Ölülər Günü” şənlikləri zamanı tarixi meydanda baş verən atışmada öldürülüb.

Reyting.az
xəbər verir ki, ölkə cinayətkar dəstələrə qarşı sərt siyasəti ilə tanınan “Meksikalı Bukele” ləqəbli merin ölümündən sarsılıb.

Hücum şəhərin mərkəzində yüzlərlə insanın toplaşdığı meydanda qeydə alınıb. Prokurorluq merin xəstəxanaya aparıldığını, lakin bütün səylərə baxmayaraq, həkimlərin onu xilas edə bilmədiyini bəyan edib.

Hücum nəticəsində şəhər şurasının üzvü və bir mühafizəçinin yaralandığı bildirilir.

Federal Təhlükəsizlik naziri Omar Garcia Harfuxun açıqlamasına görə, merə yeddi dəfə atəş açılıb və hadisə yerində tapılan silahın ərazidə fəaliyyət göstərən rəqib dəstələr arasında baş verən atışmalarla əlaqəli olduğu müəyyən edilib.

“Merin həyatına son qoyan bu qorxaq hərəkətə işıq salmaq üçün heç bir detal nəzərdən qaçmayacaq”,- deyə nazir söz verib.

Xatırladaq ki, son aylarda Manzo Rodriguez sosial mediada prezident Klaudia Şeynbauma müraciət edərək narkotik mafiyaları ilə mübarizə aparmaq üçün federal dəstək istəyib. Mer həmçinin hökumətyönlü Miçoakan qubernatoru Alfredo Ramirez Bedolla və ştat polisini korrupsiyada ittiham edib.

Miçoakan Meksikanın ən təhlükəli ştatlarından biri kimi tanınır. Narkotik və qanunsuz ticarət yolları uğrunda mübarizə aparan mafiyalar tez-tez bölgədə qanlı toqquşmalara səbəb olur.

Onu da qeyd edək ki, El Salvador lideri Nayib Bukelenin sərt təhlükəsizlik siyasətindən ilhamlanan Rodriges, cinayətkar təşkilatlara qarşı qətiyyətli mövqeyinə görə xalq arasında “Meksikalı Bukele” kimi tanınırdı.

Manzo Rodrigezin ölümündən sonra minlərlə Uruapan sakini küçələrə çıxıb. Onlar “Ədalət!” şüarları səsləndirib və hökumətin istefasını tələb ediblər.

V. QULİYEV
Seçilən
15
1
reyting.az

2Mənbələr