AZ

Qırğızıstanda məktəbdə kütləvi qida zəhərlənmə baş verib

Ajans.az xəbər verir ki ,bu barədə Bişkek Dövlət Sanitariya və Epidemioloji Nəzarət Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Açıqlamada bildirilib ki, hadisə 31 oktyabr tarixində baş verib: “Özəl məktəbdə şagirdlər və müəllimlər arasında kütləvi qida zəhərlənməsi qeydə alınıb. Yenilənmiş məlumatlara əsasən, dörd müəllim də daxil olmaqla ümumilikdə 84 nəfər zərər çəkib. On uşaq və iki böyüklə xəstəxanaya yerləşdirilib, digərlərinə isə ambulator yardım göstərilib. İlkin diaqnoz – naməlum etiologiyalı bakterial zəhərlənmədir”. Məlumata görə, zəhərlənmənin şaurma istehlakından qaynaqlandığı ehtimal edilir. Hazırda epidemioloji araşdırma aparılır. Laborator müayinələrin nəticələri əldə olunduqdan sonra hadisə ilə bağlı yekun qiymətləndirmə veriləcək.

 

Seçilən
51
Ajans.az

1Mənbələr