AZ

Azərbaycanda mobil cihazların bazar payı azalıb

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin oktyabr ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 47,94 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 8,72 faiz bəndi, bir il əvvələ nisbətən isə 23,6 faiz bəndi azdır. Beləliklə mobil cihazların bazar payı ardıcıl olaraq dördüncü aydır azalır (ümumi azalma 40 % təşkil edib).

Kompüterlərin bazar payı aylıq 8,85 faiz bəndi, illik müqayisədə isə 24,11 faiz bəndi artaraq 51,63 % olub.

Oktyabrda planşetlərin bazar payı 0,44 % təşkil edib. Bu, əvvəlki aya nisbətən 0,12 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,50 faiz bəndi azdır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
3
cebheinfo.az

4Mənbələr