AZ

Gülnura Toraliyeva Qırğızıstan-Azərbaycan Biznes Şurasının həmsədri seçilib

Bakı, 3 noyabr, AZƏRTAC

Gülnura Toraliyeva Qırğızıstan-Azərbaycan Biznes Şurasının həmsədri seçilib. AZƏRTAC rəsmi “Kabar” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası məlumat verib.

Palata qeyd edib ki, Gülnura Toraliyeva biznes təşəbbüslərini təşviq edəcək, biznes əlaqələrini gücləndirəcək və Qırğızıstan ilə Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirəcək.

G.Toraliyeva 2017-2018-ci illərdə Qırğızıstan hökumətinin müşaviri vəzifəsində çalışıb, Nazirlər Kabinetinin mətbuat xidmətinə, Bişkekdəki ATƏT Akademiyasına və BBC-nin Mərkəzi Asiya Dünya Fonduna rəhbərlik edib. O, Mərkəzi Asiya Universitetində professor və sahibkarlar üçün təhsil proqramlarının müəllifi, “DataLab” konsaltinq şirkətinin təsisçisi və baş direktoru, eləcə də biznesin inkişafı, marketinq və satış üzrə beynəlxalq məsləhətçidir.

Şuranın həmsədri filologiya üzrə doktorluq dərəcəsinə, MBA meneceri dərəcəsinə (IE Biznes Məktəbi, İspaniya) və elm jurnalistikası üzrə magistr dərəcəsinə (City University London, Böyük Britaniya) malikdir.

Seçilən
12
2
azertag.az

3Mənbələr