AZ

İspaniya Kralı VI Felipe Çinə səfər edəcək

Operativ MM portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çin Xarici İşlər Nazirliyi İspaniya Kralı VI Felipe-in 10–13 noyabr tarixlərində Çinə rəsmi səfər edəcəyini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin sözçüsü Mao Ninqin verdiyi açıqlamaya görə, səfər Çin Prezidenti Si Cinpinin dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində İspaniya Kralının Si Cinpin, Dövlət Şurasının Baş naziri Li Qianq və Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsinin sədri Çjao Leji ilə görüşəcəyi gözlənilir. Tərəflər ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

Bu, VI Felipe-in xaricə ilk dövlət səfəri və son 18 ildə İspaniya monarxının Çinə ilk səfəri olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
operativmm.az

2Mənbələr