"Qarabağ" - "Çelsi" matçından əvvəl keçiriləcək mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov noyabrın 4-də, Bakı vaxtı ilə saat 17:00-da media önünə çıxacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda, saat 18:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə İngiltərədə keçiriləcək.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.