AZ

Elektrikli avtomobillər bazarında sərt rəqabət

Avtomobil sənayesi qlobal Ümumdaxili Məhsulun (ÜDM) təxminən 3 faizini təşkil edir.

Avtosfer.az BMT-nin hesabatlarına istinadən xəbər verir ki, qlobal emissiyaların 16%-ni nəqliyyatdan qaynaqlanan istixana qazları təşkil etməsi avtomobil bazarında əhəmiyyətli dəyişiklikləri şərtləndirib.

Çinin elektrikli avtomobil istehsalı və ixracında aparıcı mövqeyə çıxması fonunda ənənəvi güc mərkəzləri sərt rəqabətlə üzləşib. Elektrikli avtomobillərin satış dinamikası artdıqca təchizat strukturu və qlobal ticarətdə də dəyişikliklər baş verib.

2018-ci ildə ABŞ qlobal ixrac dəyərinin 30%-dən çoxunu təşkil etməklə elektrikli avtomobillərin ən böyük ixracatçısı olub. 2022-ci ildən etibarən ABŞ-nin payı 7%-dən aşağı düşüb, Almaniyanın payı 17%-dən 30%-ə, Çinin payı isə 1%-dən 20%-ə yüksəlib. 2018-ci ildə ikinci idxalatçı olan Çin 2023-cü ildə əsas istehsalçılar sırasına daxil olub.

Elektrikli avtomobillər sənayesinin inkişafı ABŞ və Çin arasında artan iqtisadi, ticari və siyasi rəqabət, həmçinin yaşıl keçidin ölkələr üzrə fərqli templərlə həyata keçirilməsi fonunda formalaşır. İnkişaf etmiş ölkələrin ticarət siyasətindəki dəyişikliklər Çinin əsas istehsalçı və ixracatçı kimi mövqeyinə təsir göstərir.

Cari ildə ABŞ Çindən idxal olunan elektrikli avtomobillərə tətbiq etdiyi tarif dərəcəsini 25%-dən 100%-ə, batareyalar üzrə isə 7.5%-dən 25%-ə qaldırıb. Avropa ölkələrində bu göstərici 17.4%-dən 37.6%-ə yüksəlib.

 

Seçilən
22
1
avtosfer.az

2Mənbələr