Finss.az xəbər verir ki, Avropa qaz ötürmə operatorlarının məlumatlarına görə, Rusiya qazını Türkiyə üzərindən Cənubi Avropaya tədarük edən TürkAxını qaz boru kəmərinin Avropa qolunun orta gündəlik istifadə nisbəti 2025-ci ilin oktyabr ayında sentyabr ayında 91%-dən 96% təşkil edib.
2025-ci ilin oktyabr ayında 1,683 milyard kubmetr (illik müqayisədə 13% artım) tədarük edilib. Sentyabr ayında isə bu rəqəm 1,549 milyard kubmetr olub.
Hazırda bu hissə üçün maksimum texniki tutum gündə 56,7 milyon kubmetrdir. Ayın yarısında boru kəməri 99% tutumla işləyib, bir gün isə 100%-i keçib.