AZ

Türkiyə Qəzzaya xilasedicilər göndərə bilər

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyə Qəzza sektoruna hərbi müşahidəçilər, axtarış-xilasetmə və mühəndis-istehkam bölmələri göndərə bilər. 

“Qafqazinfo” “Türkiye” qəzetinə istinadən xəbər verir ki, onların Qəzzada yaradılması planlaşdırılan “Sabitlik qüvvələri”inin tərkibində xidmət edəcəyi gözlənilir. 

“Türkiyənin bu qüvvələrdə təmsil olunması ilə bağlı məsələ bu həftənin sonunadək dəqiqləşə bilər”, - nəşr qeyd edir. 

Qəzetin məlumatına görə, Qəzzadakı qüvvələrin tərkibinə regionda təhlükəsizliyi təmin edəcək Türkiyə hərbçilərinin də göndərilməsi mümkündür. Lakin bildirilib ki, ilkin ehtimallara görə, bununla Misir, Pakistan və Azərbaycanın kontingentləri məşğul olacaq.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin Azərbaycandan Qəzzada yaradılması planlaşdırılan “Sabitlik qüvvələri”nə qoşulmağı xahiş etdiyi barədə məlumat yayılmışdı. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
1
qafqazinfo.az

2Mənbələr