Bakı dəniz vağzalının qarşısında maşın saxlayanlar cərimələnməyə başlayıb.
Milli.Az xəbər verir ki, sözügedən ərazidə avtomobilini park edənlərə 80 manat, 2 bal cərimə tətbiq olunur.
Qeyd edək ki, əvvəllər bu səmtdə maşın saxlayanlara hər hansı cərimə tətbiq olunmurdu.
Əlavə olaraq bildirək ki, Azparkinq-dən Milli.Az-a verilən məlumata görə Zəfər gününə həsr olunmuş paradla əlaqədar olaraq "Azadlıq" meydanının yeraltı dayanacağı noyabrın 3-dən 9-dək fəaliyyət göstərməyəcək.
İsmayıl
 Milli.Az