AZ

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Belçikadan sonra İtaliya və Fransa Rusiyanın Avropadakı dondurulmuş aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxıblar”.

Globalinfo.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” (CDS) qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, İtaliya və Fransa hökumətləri Rusiya aktivlərindən istifadənin qanunsuz hesab ediləcəyi təqdirdə mümkün maliyyə məsuliyyətindən narahatdırlar.

Xatırladaq ki, Avropa Komissiyası yaxın həftələrdə Kiyevə Rusiyanın dondurulmuş aktivlərini verməyə hazır olduğunu bəyan edib. Bildirilib ki, bu, beynəlxalq hüquqa tam uyğun olacaq.

Əliyar Xəlil

Globalinfo.az  

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
globalinfo.az

1Mənbələr