AZ

Tramp: “ABŞ-ın dünyanı 150 dəfə partlatmaq üçün kifayət qədər nüvə silahı var”

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkəsinin dünyanı 150 dəfə məhv etməyə kifayət edəcək qədər nüvə silahı var.

Ulusal.az xəbər verir ki, bu barədə o, CBS News telekanalına müsahibəsində danışıb. Tramp bildirib ki, ABŞ dünyanın ən böyük nüvə arsenalına malikdir və bu sahədə digər ölkələrdən xeyli irəlidədir.

“Bizim hər bir ölkədən daha çox nüvə silahımız var. Denuklearizasiya (silahsızlanma) istiqamətində addımlar atmaq lazımdır”, – deyə Tramp vurğulayıb.

O, bu məsələni Çin lideri Si Cinpin və Rusiya prezidenti Vladimir Putinlə müzakirə etdiyini də qeyd edib.

“Bizim dünyanı 150 dəfə partlatmaq üçün kifayət qədər nüvə silahımız var. Rusiyanın çoxlu nüvə silahı var, Çinin də yaxın zamanda çox sayda nüvə silahı olacaq”, – deyə Tramp əlavə edib.

Prezident həmçinin bildirib ki, ABŞ “nüvə sınağı keçirməyən yeganə ölkə” olmaq istəmir.

Trampın bu açıqlamaları beynəlxalq ictimaiyyətdə nüvə təhlükəsizliyi ilə bağlı yeni müzakirələrə səbəb olub.

Seçilən
28
moderator.az

1Mənbələr