AZ

Vyetnamda daşqınlar 37 nəfərin həyatına son qoyub

Bakı, 3 noyabr, AZƏRTAC

Vyetnamın mərkəzi hissəsində güclü yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

AZƏRTAC Vyetnam informasiya agentliyinə (VNA) istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində daha 5 nəfər itkin düşüb, 78 nəfər yaralanıb.

Təbii fəlakətlərlə mübarizə və bəndlərə nəzarət idarəsinin bu gün yaydığı məlumata görə, 12 min 600-dən çox bina su altında qalıb, 103 bina tamamilə dağılıb, 451-i isə zədələnib.

Daşqınlar, həmçinin hektarlarla əkin sahəsini su altında qoyub, 64 mindən çox mal-qara və ev quşları tələf olub, meliorasiya sistemlərinə və çay sahillərinə ciddi ziyan dəyib.

Seçilən
46
azertag.az

1Mənbələr