AZ

Göygöldə dəhşətli qəza 2 ölü, 2 yaralı FOTO VİDEO YENİLƏNİB

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Göygöldə iki nəfərin ölümü, iki nəfərin isə ağır yaralanması ilə nəticələnən qəzadan sonra duracağa aparılan avtomobil orada yanıb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir rayonunda qeydə alınıb.

Belə ki, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində idarəetmədən çıxaraq dəmir arakəsməyə, daha sonra isə yolun kənarına aşan avtomobil Şəmkir rayonunda yerləşən duracağa gətirildikdən sonra yanıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***08:47

Göygöldə ağır yol qəzası olub.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan beynalxalq avtomobil yolunun Bəhrambağ-Yeni Qızılca ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Mercedes” markalı avtomobil dəmir bariyeri qıraraq aşıb.

Nəticədə iki nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
avtosfer.az

1Mənbələr