Bakı.Trend:
Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsasamillərdən biri də sürücülərin ehtiyatsızlığından yaranandiqqətsizliyidir.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib.
Qeyd edilib ki, NİİM-in müşahidə kameralarının qeydə aldığıqəzaların təhlilləri göstərir ki, sükan arxasında telefondanistifadə və ya bir anlıq belə olsa, diqqəti yayındıran hər hansıfəaliyyət yol-nəqliyyat hadisəsinə səbəb olur. Hərəkət zamanıqarşıdakı avtomobil qırmızı işıqda dayandıqda, piyadaya yolverdikdə və ya gözlənilməz maneə yarandıqda, sürücünün diqqətinincəmi bir neçə saniyəlik yayınması qəzanı qaçılmaz edir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri bir dahadiqqətli olmağa çağırır: Hərəkət zamanı sükan arxasında telefondanistifadə etməyin, fikrinizi yalnız yola və nəqliyyat vasitəsininidarə edilməsinə yönəldin.
Unutmamaq lazımdır ki, yollarda göstərdiyiniz diqqət vəməsuliyyət sizi qəzadan qoruya bilər.