AZ

“Dünyanı 150 dəfə partlatmağa çatacaq qədər nüvə silahımız var” – Donald Tramp

“Bizim dünyanı 150 dəfə partlatmaq üçün kifayət qədər nüvə silahımız var. Rusiyanın çoxlu nüvə silahı var, Çinin də çox olacaq”.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp CBS News telekanalına müsahibəsində deyib.

Trampın sözlərinə görə, bu məsələni Rusiya və Çin liderləri ilə müzakirə edib: “Bizim istənilən digər ölkədən daha çox nüvə silahımız var. Məncə, nüvəsizləşdirmə (nüvə silahlarının tədricən azaldılması və ya tamamilə ləğvi prosesi – red.) ilə bağlı nəsə etməliyik”.

Trampın nüvə silahlarının azaldılması prosesi ilə bağlı açıqlamalarından sonra CBS News telekanalının jurnalisti “ABŞ niyə nüvə silahlarını sınaqdan keçirəcək?” sualını verib.

O, buna cavab olaraq bildirib ki, ABŞ-nin “sınaq keçirməyən yeganə ölkə olmasını” istəmir.

“Rusiya sınaqlar keçirəcəyini elan etdi. Şimali Koreya daim sınaqlar keçirir. Digər ölkələr də sınaqlar keçirir. Biz sınaq keçirməyən yeganə ölkəyik və mən istəmirəm ki, biz sınaqları keçirməyən yeganə ölkə olaq. Mən deyirəm ki, biz də başqa ölkələr kimi nüvə silahını sınaqdan keçirəcəyik. Rusiya sınaqlar keçirir, Çin sınaqlar keçirir, amma bu barədə danışmırlar. Biz açıq cəmiyyətik. Biz fərqliyik. Bu barədə danışırıq”, – deyə Amerika lideri əlavə edib.

Xatırladaq ki, Tramp oktyabrın sonunda Pentaqona “dərhal ABŞ-nin nüvə silahlarının sınaqlarına başlamaq” göstərişi verdiyini bəyan etdi

Trampın nüvə silahı barədə açıqlaması Kreml lideri Vladimir Putinin nüvə enerjisi ilə işləyən “Burevestnik” qanadlı raketinin sınaqlarını təriflədiyi bir vaxtda səsləndirildi.

Xatirə SADİQ

Seçilən
37
4
nocomment.az

10Mənbələr