AZ

Portuqaliya öz hərbçilərini Ukraynaya göndərməyə hazırdır

BAKI,TurkicWorld

Portuqaliya münaqişənin sülh yolu ilə həlli çərçivəsində öz hərbçilərini Ukraynaya göndərməyə hazırdır.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Portuqaliya kəşfiyyatının sabiq analitiki, vəkil Aleşandri Gereyru bildirib.

"Portuqaliya şübhəsiz ki, belə bir müraciət daxil olarsa, buna hazırdır", – deyə o vurğulayıb.

Keçmiş analitik xatırladıb ki, Portuqaliya Silahlı Qüvvələrinin bir hissəsi artıq Şimali Atlantika Alyansının (NATO) şərq cinahında yerləşdirilib.

Qeyd edək ki, oktyabrın 28-də xarici KİV-lər Böyük Britaniya hökumətinin öz qoşunlarını Ukraynaya göndərmək niyyətində olduğunu xəbər vermişdi.

Seçilən
4
1
turkic.world

2Mənbələr