AZ

Hərbi təlimə çağırış başlayıb Rəsmi AÇIQLAMA

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Son günlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətdən ehtiyata buraxılmış bir sıra şəxslərin təlimlərə çağırılması barədə məlumatlar daxil olur. Təlimlərin hansı məqsədlə keçirilməsi barədə isə məlumat verilməyib.

Ölkə.Az təlimlərlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlıayıb. Qurumdan Ölkə.Az-a cavab olaraq bunun qanunun tələbi olduğu bildirilib:

"Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına müvafiq olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu kimi təlimlər il ərzində bir neçə dəfə təşkil olunur".

Billurə Yunus

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
olke.az

2Mənbələr