AZ

UNEC və Pekin Xarici Dillər Universiteti əməkdaşlığa başlayır (FOTO)

Bakı. Trend:

Çinin Pekin Xarici Dillər Universitetinin (PXDU) nümayəndəheyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-in rektoru, professor Ədalət Muradov ilə keçirilən görüşdəhır iki universitet arasında əməkdaşlıq istiqamətləri müzakirəedilib.

Rektor Ədalət Muradov UNEC-də ingilis dilinin tədrisində tətbiqedilən beynəlxalq yanaşmadan bəhs edərək bildirib ki, əsas məqsədUNEC məzunlarının ingilis dilinə minimum orta səviyyədəyiyələnməsidir. O, həmçinin xarici dilin tədrisində PXDU-nuntəcrübəsinin öyrənilməsində maraqlı olduğunu diqqətə çatdırıb.Rektor vurğulayıb ki, UNEC-də tədris və idarəetmə tamamilərəqəmsallaşdırılıb və yaxın zamanda bu prosesə süni intellekttexnologiyalarının inteqrasiyası nəzərdə tutulub. Həmçinin qeydedib ki, UNEC-də Süni İntellekt laboratoriyasının yaradılması da buistiqamətdə atılan mühüm addımlardan biri olacaq.

Prof. Ədalət Muradov 2019-cu ildən UNEC-də Heydər ƏliyevFondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Konfutsiİnstitutu tərəfindən 500 nəfərdən çox gəncin iştirak etdiyi onlaynÇin dili kurslarının təşkil olunduğunu, ölkədə Çin dilinə marağınartdığını qeyd edib.

Rektor həmçinin Çinə səfəri zamanı bir çox universitet vəqurumlarla əldə olunan razılaşmalar, eləcə də bu istiqamətdəgörülən işlər barədə məlumat verib.

PXDU-nun vitse-prezidenti Zhao Gang UNEC-in beynəlxalqreytinqlərdəki uğurlu mövqeyini və tədrisin rəqəmsallaşdırılmasısahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O, PekinXarici Dillər Universitetində Azərbaycan dili də daxil olmaqla 101xarici dilin tədris olunduğunu və xarici dillərin öyrənilməsinidəstəkləyən “MOG” adlı innovativ platformanın fəaliyyətgöstərdiyini bildirib.

Görüş zamanı tərəflər tələbə və müəllim mübadiləsi, “xarici dil+ iqtisadiyyat” istiqamətində ikili diplom proqramınınreallaşdırılması, UNEC müəllimləri üçün ingilis dili üzrətəlimlərin təşkili, PXDU-nin xarici dilin öyrənilməsi təcrübəsinintətbiqi, UNEC-də Xarici Dillərin Öyrənilməsi Mərkəzininyaradılması, eləcə də birgə elmi konfransların və tərcüməlayihələrinin həyata keçirilməsi barədə razılığa gəliblər.

UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
Məqalədə:
Seçilən
30
8
az.trend.az

9Mənbələr