AZ

Ürək-damar sağlamlığını pisləşdirənAMİLLƏR

Böyük şəhərlərdə həyat tərzi - yüksək stres, yuxu çatışmazlığı və yolda qidalanma - zamanla ürək və damar sağlamlığını pisləşdirir. 

Redaktor.az xəbər verir ki, bu barədə allerqoloq Yelena Nasankayeva lenta.ru-ya açıqlamasında xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, insan daim gərginlik içində yaşadıqda, orqanizmdə stres hormonlarının - adrenalinin və kortizolun səviyyəsi artır. Bu zaman ürək daha sürətli döyünür, qan təzyiqi yüksəlir və damarlar daralır. Belə vəziyyət aylarla və illərlə davam etdikdə, ürək-damar sisteminin aşınmasını sürətləndirir və hipertoniyaya, aritmiyaya, işemik ürək xəstəliyinə və infarkt riskinə səbəb olur.

Nasankayeva həmçinin yuxu çatışmazlığını və pozulmuş gündəlik rejimi də şəhər sakinlərinin ürək sağlamlığı üçün əsas təhlükə amillərindən biri kimi qiymətləndirib.

“Əgər insan gec yatır və sutkada yeddi saatdan az yatırsa, ürəyin bərpa prosesi pozulur, damar tonusu zəifləyir, təzyiqdə sıçrayışlar baş verir. Belə rejimdə yaşayan insanlar xroniki yorğunluqdan əziyyət çəkirlər ki, bu da ürəyə əlavə yük yaradır,” - deyə həkim bildirib.

Aytəkin TOFİQQIZI

Seçilən
17
1
redaktor.az

2Mənbələr