AZ

Alimlərdən SENSASİON KƏŞF Bu dərman bütün nadir xəstəlikləri sağaldacaq

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Beynəlxalq tədqiqatçılar qrupu insan orqanizmindəki zülalların mutasiyaya uğramış formalarını bərpa edə bilən nadir xüsusiyyətli bir preparat aşkar edib.Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələri “Nature Structural & Molecular Biology” jurnalında dərc olunub.Elm adamları müəyyən ediblər ki, artıq təsdiqlənmiş “tolvaptan” adlı dərman, böyrəklərin fəaliyyətində mühüm rol oynayan vazopressin V2 reseptoruna (V2R) təsir göstərərək, onun genetik pozuntulardan sonra da düzgün işləməsini təmin edə bilir.Məhz bu reseptordakı mutasiyalar nefrogenik şəkərsiz diabet adlı nadir xəstəliyin əsas səbəblərindən sayılır. Bu xəstəlik zamanı orqanizm çoxlu miqdarda sidik ifraz edir və xəstələr davamlı susuzluq hissi yaşayır.Araşdırma çərçivəsində alimlər laboratoriyada reseptorun təxminən 7 min müxtəlif versiyasını yaradıblar. Nəticələr göstərib ki, tolvaptan həmin mutasiyaların 87 faizində reseptorun normal fəaliyyətini bərpa edə bilir.Layihənin aparıcı müəllifi, Barselona Genom Tənzimləmə Mərkəzinin mütəxəssisi Dr. Teylor Miqhell bildirib:“Mutasiyaya uğramış reseptor hüceyrə daxilində ilişib qalır və səthə çıxmır. Tolvaptan bu prosesi dəyişərək reseptorun səthə çıxmasına və sabit qalmasına kömək edir.”Tədqiqatın müəllifləri hesab edirlər ki, bu kəşf gələcəkdə genetik pozuntulardan qaynaqlanan nadir xəstəliklərin müalicəsində yeni dövrün başlanğıcı ola bilər. Dərmanın mutasiyanın dəqiq yerindən asılı olmadan zülalı sabitləşdirməsi, universal müalicə üsullarına yol aça bilər.Genom Tənzimləmə Mərkəzinin və Senqer İnstitutunun rəhbəri, professor Ben Lener isə qeyd edib:“Əgər bu nəticələr GPCR ailəsinin digər reseptorlarında da öz təsdiqini tapsa, gələcəkdə hər mutasiya üçün ayrıca dərman axtarmağa ehtiyac qalmayacaq. Bu da dərmanların hazırlanma prosesini xeyli sürətləndirəcək.”Yeni kəşf həm tibbi genetika, həm də farmakologiya sahəsində ən perspektivli irəliləyişlərdən biri hesab olunur.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
5
bizim.media

8Mənbələr