AZ

Saratovda neft emalı zavoduna hücumu edilib, güclü yanğın başlayıb

ain.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.

Saratovda neft emalı zavoduna hücumu edilib, güclü yanğın başlayıb

3 Noyabr gecəsi Saratovda neft emalı zavoduna hücumu edilib, güclü yanğın başlayıb. Bu barədə Rusiya Telegram kanalları məlumat verib.

Partlayışlar barədə ilk xəbərlər Bakı vaxtı ilə təxminən saat 01:50-də yayılıb. Telegram SHOT-un məlumatına görə, Saratov və Engels sakinləri siren və hava hücumundan müdafiə səsləri eşidiblər.

"Səmada güclü partlayışlar təxminən saat 2:00 radələrində başlayıb və müxtəlif tezliklərlə baş verməyə davam edir. Bölgənin Balakovski və Kalininski rayonlarının sakinləri də başlarının üstündən uçan dronların və partlayışların səslərini eşidiblər", - deyə SHOT bildirib.

Qısa müddət sonra sosial mediada ilk görüntülər görünməyə başlayıb. İctimaiyyət yerli neft emalı zavoduna dronların zərbə endirdiyini iddia edir.

Daha sonra bəzi Telegram kanalları AVT-6 qurğusunun yaxınlığında yanğın baş verdiyini bildirməyə başlayıb.

Əziz MUSTAFA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
oxumeni.az

2Mənbələr