AZ

ABŞ lideri: Maduronun hakimiyyətdə olduğu müddət sona yaxınlaşıb

Vaşinqton, 3 noyabr, AZƏRTAC

“Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətdə olduğu müddət sona yaxınlaşıb”. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ lideri Donald Tramp CBS telekanalında yayımlanan “60 Minutes” verilişinə müsahibəsində bildirib. O, Venesuelaya mümkün hücumlar barədə suala isə cavab verməkdən imtina edib.

“Bunun doğru və ya yalan olduğunu demirəm. Venesuelaya nə edib, nə etməyəcəymi sizə demək fikrim yoxdur”,- deyə Tramp əlavə edib.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
55
3
azertag.az

5Mənbələr