AZ

Tramp: Şatdaun yaxın zamanda bitəcək

BAKI, 3 noyabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Demokrat Partiyasının təzyiqinə boyun əyməyəcəyini və federal hökumətin maliyyələşdirilməsinin dayandırılmasına (şatdaun) son qoymaq üçün onlarla razılaşma əldə etməyə çalışmayacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bunu "CBS News" telekanalına müsahibəsində deyib.

Jurnalist Trampın əvvəllər kompromis tapmaqda və şatdaunların qarşısını almaqda ustalıq göstərdiyini xatırladıb.

“Bəli, mən bunda çox yaxşıyam. Amma yoldan çıxmış demokratların şantajına boyun əyməyəcəyəm. Bu insanlarda nəsə düzgün deyil”, - o cavabında deyib.

Tramp həmçinin Senatdakı demokrat azlığın lideri Çak Şumeri “ümidsiz vəziyyətdə olan kamikadze pilotu” adlandırıb və əlavə edib ki, “nəhayət, onlar səs verməli olacaqlar”. Prezident əminliyini ifadə edib ki, şatdaun yaxın vaxtlarda başa çatacaq və hökumətin maliyyələşdirilməsi bərpa olunacaq.

Seçilən
58
teleqraf.com

1Mənbələr