İsrail Müdafiə Qüvvələri son illərdə yüksək rütbəli zabitlərə verilmiş Çin istehsalı avtomobilləri geri çağırmağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.
Buna səbəb müdafiə rəsmilərinin təhlükəsizliklə bağlı xəbərdarlıqları olub.
Bu ilin əvvəlində İsrail Ordusu bütün Çin istehsalı avtomobillərin hərbi bazalara girişini qadağan etmişdi. Qərarın səbəbi onların sensor və kameralarının məxfi məlumat toplaya biləcəyi ehtimalı idi.
Calcalist maliyyə nəşri və Israel Hayom qəzeti yazır ki, İsrail Ordusu təxminən 700 Çin avtomobilini, əsasən 2022-ci ildən bəri böyük ailəsi olan podpolkovnik və polkovniklərə təklif edilən “Chery Tiggo 8 Pro” modelini geri çağırır.
İsrail Ordusu yayılan məlumatlarla bağlı şərh verməkdən imtina edib.
Bizim.Media
- Gecə Modu
 - Ana səhifə
 - Statistika
 - Mənbələr
 - Reytinq
 - Hava
 - Valyuta