AZ

OPEC+ ölkələri neft hasilatını artıracaq

BAKI, 3 noyabr. TELEQRAF

OPEC+ ölkələri dekabr ayından etibarən neft hasilatının yuxarı həddini noyabr səviyyəsi ilə müqayisədə gündəlik 137 min barel artırmaq barədə qərar qəbul ediblər.

Teleqraf xəbər verir ki, bu barədə məlumat təşkilatın rəsmi saytında yer alıb.

Artım qərarı Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Qazaxıstan, Küveyt, BƏƏ, Oman və Əlcəzair üçün nəzərdə tutulur.

OPEC+ bildirib ki, bu addım qlobal iqtisadiyyatın sabit inkişaf perspektivləri və bazarda neft ehtiyatlarının azalması fonunda atılıb.

Seçilən
104
teleqraf.com

1Mənbələr