AZ

Belqradın mərkəzində mitinq iştirakçılarına hücum olub

Belqradın mərkəzində rəsmi olaraq elan edilmiş mitinqdə iştirak edən vətəndaşlara naməlum şəxslər tərəfindən hücum olub.

APA xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə 2 noyabr axşamı parlament binasının yaxınlığında baş verib.

Nazirliyin açıqlamasına görə, icazəsiz toplanan mütəşəkkil bir qrup tədbirdə iştirak edən vətəndaşlara hücum edərək onlara müxtəlif əşyalar və fişənglər atıb.

Hücum zamanı həmin vaxt insanların olduğu çadırlardan birini yandırıb, onların təhlükəsizliyini ciddi şəkildə təhlükə altına alıb və xəsarət və ölüm də daxil olmaqla ciddi nəticələrə səbəb ola biləcək real risk yaradıb.

Polis əməkdaşları tez bir zamanda hadisəyə müdaxilə edib və zorakılığın daha da artmasının qarşısını alıblar.
Seçilən
12
2
sherg.az

3Mənbələr