AZ

Çexiya ordusu 2026-cı ildə 2 250 müqaviləli hərbçi cəlb etməyi planlaşdırır

BAKI, 3 noyabr. TELEQRAF

Çexiya ordusu 2026-cı ildə 2 250 nəfər müqaviləli hərbçi qəbul etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin "Irozhlas" xəbər portalı məlumat yayıb.

Məlumata görə, bu addım Avropada təhlükəsizlik təhdidlərinin artması, xüsusilə 2022-ci ilin fevralından sonra yaranan vəziyyət ilə əlaqələndirilir. Hazırda Çexiya Silahlı Qüvvələrində təxminən 24,5 min hərbçi xidmət edir, əlavə 3,5 min nəfər isə ordunun struktur bölmələrində fəaliyyət göstərir.

Ordu rəhbərliyinin məqsədi ümumi şəxsi heyətin sayını 37,5 min nəfərə çatdırmaqdır.

Jurnalın məlumatına görə, 2026-cı ildə planlaşdırılan bu artım Çexiya ordusunun müasir tarixində ən böyük genişlənmələrdən biri olacaq.

Qeyd olunur ki, ölkədə ən yüksək müqavilə sayına 2006-cı ildə 2 262 nəfər hərbçi orduya qəbul olunanda çatılmışdı.

Seçilən
29
teleqraf.com

1Mənbələr