AZ

“Milan” və “Roma” ukraynalının transferi ilə bağlı danışıqlar aparır

İtaliyanın “Roma” klubunun və Ukrayna millisinin hücumçusu Artyom Dovbik karyerasını “Milan”da davam etdirə bilər.

90deqiqe.Az “La Repubblica”ya istinadən xəbər verir ki, iki klub futbolçuların dəyişdirilməsi ilə bağlı potensial mübadilə variantını müzakirə edir. Razılaşmaya əsasən, “Roma” Dovbiki “Milan”ın hücumçusu, meksikalı Santiyaqo Ximenezə dəyişə bilər.

Ehtimal olunur ki, transfer 2026-cı ilin qış pəncərəsində baş tuta bilər. Qeyd olunur ki, tərəflər bu variantı daha əvvəl — yay transfer dövründə də müzakirə ediblər.

Hazırkı mövsümdə Santiyaqo Ximenez A Seriyasında 9 oyunda iştirak edib, bir məhsuldar ötürmə ilə yadda qalıb. Artyom Dovbikin aktivində isə 8 oyun, 2 qol və 1 assist var.

Seçilən
60
90deqiqe.az

1Mənbələr