AZ

“Milan” “Roma”nı məğlub etdi

İtaliya A Seriyasının X turu çərçivəsində “Milan” öz meydanında “Roma”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Milan şəhərindəki “San Siro” (“Cüzeppe Meatsa”) stadionunda keçirilib. 

Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0.

Görüşün yeganə qolunu 39-cu dəqiqədə serbiyalı müdafiəçi Straxinya Pavloviç vurub. Qola ötürməni portuqaliyalı yarımmüdafiəçi Rafael Leau edib. 82-ci dəqiqədə “Roma” penaltidən hesabı bərabərləşdirmək imkanı əldə etsə də, Paulo Dibalanın zərbəsini qapıçı Mik Menyan dəf edib.

Bu qələbədən sonra “Milan” xal sayını 21-ə yüksəldərək turnir cədvəlində üçüncü pilləyə qalxıb. Eyni xala malik “İnter” və “Roma” müvafiq olaraq ikinci və dördüncü yerləri bölüşürlər. Turnirin lideri isə 22 xalla “Napoli” komandasıdır.

Seçilən
77
90deqiqe.az

1Mənbələr