AZ

"Niyə bu qol ləğv olunmadı? İnanılmazdır ki, qayda pozuntusu qeydə alınmadı"

Pep Qvardiola “Bornmut”un “Mançester Siti”yə vurduğu qolun ləğv olunmamasına təəccüblənib. “Şəhərlilər” Premyer Liqanın 10-cu turunda 3:1 hesabı ilə qələbə qazanıblar. 25-ci dəqiqədə “Bornmut”un yarımmüdafiəçisi Tayler Adams künc zərbəsi zamanı Canluici Donnarummanın çıxışdakı uğursuz hərəkətindən sonra qapıya qol vurub. Qapıçı hakim Entoni Teylora Devid Bruksun ona qarşı qayda pozduğunu sübut etməyə çalışıb.

Sportal.az xəbər verir ki, Qvardiola oyundan sonra bunları qeyd edib:

“Buraxdığımız qolda əgər epizodu təkrar izləsəniz, sadəcə inanılmazdır ki, qayda pozuntusu qeydə alınmadı. Bəzən başa düşmək çətin olan şeylər olur, bu qol niyə ləğv edilmədi? Amma biz sabitliyimizi qoruduq və fürsətdən yararlanaraq ikinci qolu vura bildik”.

saytlarin hazirlanmasi

Seçilən
50
1
sportal.az

2Mənbələr