Əfqanıstanın şimalında yerləşən Hindikuş dağlarında güclü zəlzələ qeydə alınıb.
Musavat.com xəbər verir ki, Almaniya Yer Elmləri Tədqiqat Mərkəzinin (GFZ) məlumatına əsasən, yeraltı təkanların maqnitudası 6,4 bal olub.
Hadisə noyabrın 2-si axşam saatlarında baş verib. İlkin məlumatlara görə, zəlzələnin episentri dağlıq ərazidə yerləşdiyindən, yaşayış məntəqələrində ciddi dağıntı və tələfat barədə hələlik məlumat daxil olmayıb.
Musavat.com
