AZ

“Adil Babayev: taleyi və sənəti” kitabının təqdimatı keçirilib

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Oktyabr ayının 31-də AMEA Naxçıvan Bölməsində “Adil Babayev: taleyi və sənəti” kitabının təqdimatı keçirilib.

525.az-a AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən verilən məlumata görə, Bölmənin sədri, akademik İsmayıl Hacıyev giriş sözü söyləyib.

Akademik, “Adil Babayev: taleyi və sənəti” kitabının İsa Həbibbəyli tərəfindən əsası qoyulan “Taleyi və sənəti” seriyasından olan kitablardan on doqquzuncusu olduğunu qeyd edib. Adil Babayevin Azərbaycan poeziyasının inkişafında mühüm xidmətlərindən, onun yaradıcılığında insan mənəviyyatının, milli dəyərlərin və vətənpərvərlik duyğularının aparıcı yer tutmasından danışıb. Akademik qeyd edib ki, Adil Babayevin əsərləri yüksək bədii-estetik dəyərə malik olmaqla yanaşı, Azərbaycan ədəbiyyatının zəngin ənənələrinin yaşadılmasına və inkişafına xidmət edib. İsmayıl Hacıyev kitabın hazırlanmasında əməyi olan müəllifləri təbrik edib, onların bu fəaliyyətini ədəbiyyatşünaslıq elminə və Azərbaycan poeziyasının tədqiqinə dəyərli töhfə kimi qiymətləndirib.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl “Adil Babayevin həyatı və yaradıcılığına həsr edilmiş dəyərli mənbə” mövzusunda məruzə edib. Alim kitabın hazırlanma prosesi, istifadə olunan mənbələr və müəlliflərin tədqiqat istiqamətləri barədə ətraflı məlumat verib. Zülfiyyə İsmayıl əsərdə Adil Babayevin yaradıcılığının çoxşaxəli şəkildə təhlil olunduğunu, onun ədəbiyyatımızın bədii-estetik dəyərlərinə verdiyi töhfələrin dərin elmi əsaslarla araşdırıldığını xüsusilə vurğulayıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Aytəkin Zeynalova çıxış edib. O qeyd edib ki, təqdim olunan kitab tədqiqatçılar, ədəbiyyatsevərlər və gənc alimlər üçün mühüm elmi-nəzəri qaynaq rolunu oynayır. Aytəkin Zeynalova əsərdə Adil Babayevin həyatının və yaradıcılığının az tədqiq olunmuş məqamlarının yeni faktlar və elmi nəticələr əsasında işıqlandırıldığını, şairin poetik üslubuna, mövzu dairəsinə dərin elmi yanaşma sərgiləndiyini xüsusilə diqqətə çatdırıb.

Tərtib edənlər – AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov kitabın həm ədəbiyyatşünaslıq elminə, həm də milli-mənəvi dəyərlərimizin təbliğinə dəyərli töhfə verəcəyinə əminliklərini ifadə ediblər. Tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

“Adil Babayev: taleyi və sənəti” kitabının təqdimatı keçirilib

“Adil Babayev: taleyi və sənəti” kitabının təqdimatı keçirilib

“Adil Babayev: taleyi və sənəti” kitabının təqdimatı keçirilib

“Adil Babayev: taleyi və sənəti” kitabının təqdimatı keçirilib

Şəkil sayı: 4

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
525.az

1Mənbələr