AZ

Fransızlar təəccüb içində: “Abubakar “Neftçi”ni seçməsi suallar doğurur”

Fransada Afrika futboluna aid portal kimi fəaliyyət göstərən “AfricaFootUnited”-da Kamerun millisinin kapitanı Vensan Abubakarın “Neftçi”yə transferi şərh edilib və onun Bakı klubundakı debütü qiymətləndirilib.

Sportinfo.az xəbər verir ki, tanınmış nəşr “Neftçi”nin yeni hücumçusu haqda bunları yazıb:

“Abubakar “Neftçi”yə keçərək çoxunu təəccübləndirdi. Çünki ona daha güclü liqalardan və klublardan təklif var idi. Amma Kamerun millisinin 33 yaşlı kapitanı Türkiyənin “Hatayspor” klubundan ayrıldıqdan sonra karyerasını yenidən canlandırmaq üçün Bakıya köçməyi seçdi.

Cəmi üç matçda kamerunlu hücumçu dörd qol vurub, bir məhsuldar ötürmə edərək, bir daha effektivliyini və qol vurma instinktlərini sübut edib.

Çempionatın səviyyəsi Avropa standartlarından aşağı olsa da, uğurlu başlanğıcdır. Buna baxmayaraq, onun seçimi suallar doğurur.

Abubakar Afrika Millətlər Kuboku öncəsi medianın diqqətini itirmək riski ilə üz-üzədir. Lakin sabit oyun müddəti və aparıcı hücumçu statusu ona formasını qorumağa, milli komandaya töhfə verməyə imkan verə bilər.

Bircə qalıb, karyerasının Azərbaycandakı mərhələsinin onun üçün tramplin, yoxsa karyerasının sonu olacağını başa düşmək”.

Seçilən
59
sportinfo.az

1Mənbələr