AZ

Tatarıstanda Quranla bağlı ictimai layihə başlayır...

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

...İki həftədən sonra Tatarıstan məscidlərində Quran tilavəti kursları başlayacaq.

Tatarıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hər kəs qeydiyyatdan keçə bilər.

Qeyd olunur ki, iştirakçılar respublika müftiliyi tərəfindən Kazan İslam Universitetinin Qusman ibn Qaffan adına Quran Hafizlərinin Təlim Mərkəzi ilə əməkdaşlıqda hazırlanmış proqrama əsasən təhsil alacaqlar.

SİA-nın məlumatına görə, ilk dərs 15 noyabrda keçiriləcək.

Kursların üç ay davam etməsi və 19 fevralda başlayan müqəddəs Ramazan ayının ilk günü ərəfəsində başa çatması planlaşdırılır.

...Kurslar Quranın sıfırdan öyrənilməsini əhatə edir: ərəb əlifbasının mənimsənilməsindən Quran tilavəti qaydalarının öyrənilməsinə qədər. Dərslər 2026-cı ilin Ramazan ayına qədər həftədə iki dəfə ixtisaslı müəllimlər və mütəxəssislər tərəfindən tədris olunacaq, - deyə açıqlamada bildirilir.

Tədris planını uğurla başa vuran tələbələr sertifikatlar alacaqlar.

Nazlı Almuradova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
sia.az

2Mənbələr