Keçmiş xokkeyçi və uşaq məşqçisi Aleksandr Poyda 53 yaşında Kupyansk istiqamətində gedən döyüşlərdə həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Xokkey Federasiyası məlumat yayıb.
2001-2010-cu illərdə Poyda Ukrayna çempionatında “Dnepr Xerson”da çıxış edib. Daha sonra uşaq və gənclər komandalarını çalışdırmağa başlayıb. O, həmçinin “Dnepr”də, eləcə də “Krivbas”da işləyib.