AZ

İspaniya La Liqası: Barselona vacib üç xal qazandı

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İspaniya La Liqasının 11-ci turunda "Barselona" "Elçe"ni qəbul edib.

Oxu.Az xəbər verir ki, oyun meydan sahiblərinin üstünlüyü ilə keçib və bu, yekun nəticədə də öz əksini tapıb.

Katalon klubu qonaqları üç dəfə mərkəzə dəvət edib, öz qapısında isə yalnız bir top görüb - 3:1. Qalib komandadan Yamal (9), Torres (11) və Raşford (61) fərqləniblər. Qonaqların təsəlli qoluna isə Mir (42) imza atıb.

Hazırda "Barsa" 25 xalla turnir cədvəlində 2-cidir. Klub lider "Real Madrid"dən 5 xal geri qalır. "Elçe" isə 14 xalla 9-cu pillədə qərarlaşıb.

İspaniya La Liqası: "Barselona" vacib üç xal qazandı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
1
oxu.az

2Mənbələr