AZ

Ağ Ev məhkəmənin rüsumları ləğv etməsi halı üçün ehtiyat plan hazırlayır

ABŞ administrasiyasının ticarət qrupu Ali Məhkəmənin Prezident Donald Trampın xarici mallara rüsum tətbiq etmək səlahiyyətinin olmadığını müəyyən etməsi halında tətbiq olunacaq bir plan üzərində işləyir.

APA xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Livitt deyib. 

"Bizim ehtiyat planlarımız var. Ticarət qrupu isə gözlənilməz hallar baş verəcəyi hallar üçün onların üzərində işləyir", - Livitt bildirib.

Livitt həmçinin Ali Məhkəmənin 5 noyabrda Trampın xeyrinə qərar verəcəyinə ümid etdiyini bildirib. 

Qeyd edək ki, ABŞ Ali Məhkəməsi göstərilən tarixdə Trampın Konqresin təsdiqi olmadan rüsum tətbiq etmək səlahiyyətinin olub-olmadığını araşdıracaq.

Seçilən
7
2
redaktor.az

3Mənbələr