AZ

Çin sürətlə neft ehtiyatlarını artırır

Çin Xalq Respublikası neft ehtiyatlarını rekord templə artıraraq onları dünyanın ən böyük enerji buferinə çevirməkdədir.

Musavat.com The Wall Street Journal nəşrini istinadən xəbər verir ki, ilin ilk doqquz ayı ərzində Pekin gündəlik 11 milyon bareldən çox neft idxal edib ki, bu da Səudiyyə Ərəbistanının istehsal etdiyi həcmi belə üstələyir. Analitiklərin hesablamalarına əsasən, bu həcmin təxminən 1,2 milyon bareli hər gün ölkənin strateji və kommersiya ehtiyatlarına yönəldilib.

Nəşrin yazdığına görə, bu proses ABŞ-ın Rusiya neftinə qarşı tətbiq etdiyi yeni sanksiyalar və Rusiyanın enerji infrastrukturuna pilotsuz aparat hücumları nəticəsində yaranan tədarük riskləri fonunda daha da sürətlənib.

Musavat.com

Seçilən
16
50
musavat.com

10Mənbələr