Ermənistan-Gürcüstan sərhədi yaxınlığındakı Bavra kəndindən 8 km cənub-şərqdə 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin mətbuat xidməti məlumat yayıb:
“Noyabrın 2-də yerli vaxtla saat 19:49-da Ermənistan Daxili İşlər Nazirliyinin ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi Ermənistan və Gürcüstan arasında sərhəd zonasında 4,1 bal gücündə zəlzələ qeydə alıb. Episentrdə maqnituda 5-6 bal olub”.
Departamentdən əlavə edilib ki, yeraltı təkanlar Ermənistanın Şirak və Lori rayonlarında hiss olunub.
"Cebheinfo.az"