AZ

HAMAS daha üç girovun cəsədini BQXK-yə təhvil verəcək

HAMAS daha üç İsrail girovunun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verəcək.Bu barədə bəyanat hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının “Telegram” kanalında dərc edilib.

"Razılaşmanın bir hissəsi olaraq, bu gün Qəzza zolağının cənubunda tapılan daha üç girovun cəsədini tibb işçilərinə təhvil verəcəyik", - bəyanatda deyilir.

Bəyanatda girovlardan birinin sənədlərinin fotosu da dərc edilib və onun qalıqlarının yerli vaxtla saat 20:00-da təhvil veriləcəyi bildirilir.

Seçilən
12
3
anews.az

4Mənbələr