AZ

Bu bürclər uğur qazansa da, onu çətinliklə əldə edir

Bəzi bürclər var ki, onlar həyatdakı nailiyyətlərini böyük səylər, mübarizə və səbr sayəsində əldə edirlər.

KONKRET.az Metbuat.az-a istinadən xəbər verir ki, hər addımda qarşılarına maneələr çıxsa da, geri çəkilmirlər. Bu bürclərin uğuru təsadüfi deyil – alın tərilə, iradə və dözümlə qazanılır.

Oğlaq
Oğlaqlar üçün uğur bir məqsəd deyil, həyat tərzidir. Onlar daim mübarizə aparır, planlı şəkildə irəliləyirlər. Lakin bu yolda qarşılaşdıqları çətinliklər bəzən digərlərini ruhdan salacaq qədər olur. Oğlaq isə geri çəkilməz, hər sınağı öz xeyrinə çevirər. Uğuru gec gəlsə də, dəyərini bilir.

Əqrəb
Əqrəblər üçün hər uğur döyüş meydanında qazanılan qələbə kimidir. Həyatda asan yol axtarmaz, çətinliklər onları daha da gücləndirir. İnadkar, məqsədyönlü və emosional olan Əqrəb bürcü nə istədiyini bilir və ona çatmaq üçün hər riski gözə alır.

Buğa
Buğa bürcü sabitlik və əzm simvoludur. Onlar bəzən yavaş irəliləsələr də, dayanmağı sevmirlər. Həyat onları bir neçə dəfə sınağa çəksə də, Buğa inadla ayaqda qalır. Uğur onlar üçün uzun bir yolun sonunda gələn mükafatdır.

Qız
Qız bürcü hər şeyi mükəmməl etmək istəyir. Uğur qazanmaq üçün çox çalışır, detallara qədər hər şeyi planlaşdırır. Amma bəzən bu mükəmməllik istəyi onun yolunu çətinləşdirir. Qız bürcü üçün hər nailiyyət tər, zəhmət və dəqiqliyin nəticəsidir.

Dolça
Dolça bürcü fərqli düşünür, yeni ideyalarla çıxış edir. Lakin onun qeyri-adi yanaşması bəzən başqaları tərəfindən qəbul edilmir. Bu da Dolçanı məqsədinə gedən yolda əlavə çətinliklərlə üz-üzə qoyur. Amma o, sonda yenə də fərqli düşüncəsi ilə uğura çatır.

Seçilən
13
3
konkret.az

4Mənbələr